x
Loading...

Güney Azərbaycanda koronavirus həyəcanı

Güney Azərbaycanda koronavirus həyəcanı
23:08 27 Fevral 2020
116 Digər
Ölkə mətbuatı
A- A+

Güney Azərbaycanın Ərdəbil şəhərində iki nəfərdə koronavirus aşkar olunub.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ərdəbil Universitetinin rektoru Əxəvan Əkbəri açıqlama verib.

Onun sözlərinə görə, bölgədə 28 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib:

“Xəstələrdən götürülən analiz barədə Tehrana məlumat göndərilib. Onlardan iki nəfərin virusa yoluxduğu məlum olub”.

Qərbi Azərbaycan Tibb Universitetinin rektoru Dr. Ağazadə isə Urmiyada bir nəfərin koronavirusa yoluxduğunu deyib. Həmin şəxsin 55 yaşlı bir qadın olduğunu bildirib.

Zəncan şəhərində isə koronavirusa yoluxanların sayının 3 nəfər olduğu bildirilib. Habelə Meşginşəhrdə 3, Sərabda isə 2 nəfərin virus şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi açıqlanıb.

Güneyli milli-mədəni fəalların iddiasına görə, Güney Azərbaycan bölgədə koronavirusun yayılmasının İranın hökumət orqanları tərəfindən gizlədilməsidən şübhələnir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/306309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR