Virtual oyun proqramlarına dair beynəlxalq konfrans təxirə düşə bilər

Virtual oyun proqramlarına dair beynəlxalq konfrans təxirə düşə bilər
23:12 27 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Feysbuk və Sony şirkətləri bu il keçiriləcək GDC tədbirində iştirak etməyəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, buna səbəb kimi koronavirus epidemiyası göstərilir.

Hər iki şirkət nümayəndəsi bildirib ki, əməkdaşlarının və ziyarətçilərin sağlamlıqlarını təhlükə altına salmaq istəmirlər: "Sözügedən tədbirdə iştirak etməmək olduqca ürəkaçan xəbər deyil. Lakin əməkdaşlarımızın və ziyarətçilərin sağlamlığı olduqca mühüm əhəmiyyət kəsb edir".

Qeyd edək ki, bir müddət əvvəl Mobile World Congress 2020 də koronavirusa görə təxirə salındı.

Məlumat üçün bildirək ki, GDC- virtual oyun proqramları üçün beynəlxalq konfransdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/828489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR