00:27 28 Fevral 2020
13 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin daha 1 cavab oyunu yekunlaşıb.
"Report"un məlumatına görə, Türkiyənin yeganə təmsilçisi "Başakşehir" Portuqaliya "Sportinq"ini qəbul edib. Görüşün əsas vaxtı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. İlk matçda "Sportinq" də eyni hesabla qalib gəldiyi üçün əlavə vaxt təyin edib. Bu bölümdə isə "Başakşehir" daha bir qol vuraraq, 1/8 finala adlayıb.
Qeyd edək ki, daha əvvəl Almaniya "Volfsburq"u və "Bayer"i, İngiltərə "Vulverhempton"u, İsveçrə "Bazel"i, İtaliya "Roma"sı, Avstriya LASK-ı və Şotlandiya "Reyncers"i də mərhələ adlayıb. 

*** 23:54
UEFA Avropa Liqasında 1/16 final mərhələsinin daha 6 cavab oyunu yekunlaşıb.
"Report"un məlumatına görə, İngiltərənin "Vulverhempton" klubu İspaniyada "Espanyol"a 2:3 hesabı ilə uduzub. Bununla belə, ilk matçda 4:0 hesabı ilə qalib gəldiyi üçün 1/8 finala "Vulverhempton" adlayıb. 
Lakin bu komandanın baş məşqçisi Nunu Eşpiritu Santu yenə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun xidmətindən yararlanmayıb. 21 yaşlı oyunçu matçın iştirak ərizəsində belə yer almayıb.
Qrup mərhələsində "Qarabağ"a rəqib olmuş Kipr APOEL-i İsveçrədə də "Bazel"ə uduzub - 0:1. Nəticədə 1/8 finala "Bazel" yüksəlib.
Bundan başqa, Almaniya "Volfsburq"u və "Bayer"i, İtaliya "Roma"sı və Avstriya LASK-ı mərhələ adlayıb.
Avropa Liqası
1/16 final mərhələsi, cavab oyunları
27 fevral
21:55. "Portu" (Portuqaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:3
İlk oyun – 1:2
21:55. "Espanyol" (İspaniya) - "Vulverhempton" (İngiltərə) - 3:2
İlk oyun – 0:4
21:55. "Bazel" (İsveçrə) - APOEL (Kipr) - 1:0
İlk oyun – 3:0
21:55. "Gent" (Belçika) - "Roma" (İtaliya) - 1:1
İlk oyun – 0:1
21:55. LASK (Avstriya) - AZ (Alkmaar, Hollandiya) - 2:0
İlk oyun – 1:1
21:55. "Malmö" (İsveç) - "Volfsburq" (Almaniya) - 0:3
İlk oyun – 1:2
Qeyd edək ki, fevralın 25-də Şotlandiya "Reyncers"i mərhələ adlayıb. Bu gün keçirilməli olan qarşılaşmalardan "Zaltsburq" (Avstriya) - "Ayntraxt" (Frankfurt, Almaniya) matçı əlverişsiz hava şəraitinə görə təxirə salınıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avropa-liqasi-turkiyenin-yegane-temsilcisi-ve-renat-dadasovun-klubu-1-8-finalda-yeni-leni-r

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR