x
Loading...

03:42 28 Fevral 2020
14 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə ordusu hərbçilərin öldürülməsinə cavab olaraq Suriyanın hökumət ordusunun mövqelərinə zərbələr endirir.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Əlaqələndirmə üzrə sədri Fahrettin Altun deyib. Onun sözlərinə görə, şəhid olan Türkiyə hərbçilərinin qanı yerdə qalmayacaq.
“Suriya ordusunun hədəflərinə atəş açmaq üçün hava və quru qüvvələrdən istifadə edilir. Suriyada davam edən fəaliyyətimiz bayrağımıza uzadılmış əllər qırılana qədər davam edəcək”.
Xatırladaq ki, İdlibdə Bəşər Əsədə sadiq olan Suriya qoşunların aviazərbələri nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 29 əsgəri şəhid olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiye-suriya-ordusuna-agir-zerbeler-endirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR