Elə qorx ki, sanki sabah öləcəksən…

Elə qorx ki, sanki sabah öləcəksən…
07:22 28 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Ölüm - qəti bir hadisədir ki, hər bir canlının başına gələcəkdir. Ölümü hər kəs bir cür görür. Bəziləri üçün məhv olmaqdır, bəziləri üçün dünya zindanından azad olmaqdır, bəziləri üçün Allahla görüşməkdir... Məsumların (ə) ölümlə bağlı bəzi buyuruşlarına diqqət edək.

Həzrət Peyğəmbər (s) buyurur: "İnsanın qəbri - axirət mənzillərinin birincisidir".

İmam Sadiq (ə) buyurur: "Bəzən insanlar illəri, ayları, günləri və saatları sayarlar, ancaq bir zaman da gərək nəfəslərini saysınlar. O zaman ki, axırıncı nəfəs gəlib çatar, artıq həmin zaman nə bir an gec və nə bir an tez həyata keçər. Həmin zamanda insanın köçməsi başlayar".

İmam Əli (ə) buyurur: "Təəccüb edirəm o kəsə ki, ölümü unutmuşdur. Halbuki, ölüləri görür".

İmam Baqir (ə) buyurur: "Ey Əba Ubeydə! Ölümü çoxlu yada sal. Əgər insan onu çoxlu yada salarsa, dünyaya qarşı rəğbətsiz olar".

İmam Hüseyn (ə) buyurur: "İzzətli ölüm - əbədi həyatın bir hissəsidir, zəlilcəsinə ölüm isə həmişəlik ölümdür".

Həzrət Peyğəmbər (s) buyurur: "Elə işlə ki, sanki heç vaxt ölməyəcəksən, elə qorx ki, sanki sabah öləcəksən".

İmam Həsən Müctəba (ə) buyurur: "Səfər üçün özünü hazır et və yol azuqəni ölüm saatı gəlib çatandan əvvəl hazırla". (Beytutə)

İmam Əli (ə) buyurur: "Ölümə - bəli, ancaq alçaqlıq və xarlığa - xeyr. Az olanla yaşamağa - bəli, ancaq ona-buna əl açmağa - xeyr".

Həzrət Peyğəmbər (s) buyurur: "Ölüm - möminin xoş ətirli gül dəstəsidir".

İmam Rza (ə) buyurur: "O kəs ki, ölümdən danışar, ancaq özünü onun üçün hazır etməz - əslində özünü məsxərə etmiş olar".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/828569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR