Çində koronavirusa yoluxanların sayı 78,8 minə, ölənlərin sayı isə 2788 nəfərə yüksəlib

Çin hökuməti gün ərzində daha 327 nəfərin koronavirusa yoluxduğunu, 44 nəfərin öldüyünü açıqlayıb.

Metbuat.az xəbər verir ki, beləliklə, ölkədə yoluxma hallarının ümumi sayı 78824 nəfər olub.

Çin Dövlət Səhiyyə və Gigiyena Komitəsinin son hesabatında yoluxanlardan 2788 nəfərin öldüyü bildirilib.

36117 nəfər tamamilə sağalaraq xəstəxanadan buraxılıb. 39919 nəfərin isə xəstəxanalarda müalicəsi davam etdirilir. 7952 nəfərin vəziyyəti ağırdır. Daha 2308 nəfərdə koronavirus şübhəsi var.

Hubey əyalətində isə sutka ərzində 318 virusa yeni yoluxma hadisəsi aşkarlanıb. Bunlardan 313-ü vilayətin mərkəzində - Uhan şəhərində qeydə alınıb. Onlardan 28 nəfəri ölüb. (apa.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR