Türkiyədən şok qərar: miqrantlara əngəl yaradılmayacaq - VİDEO - FOTO

Türkiyədən şok qərar: miqrantlara əngəl yaradılmayacaq - VİDEO - FOTO
10:52 28 Fevral 2020
152 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın İdlib vilayətində 33 türk hərbçinin şəhid olması və vəziyyətin həddən artıq gərginləşməsi nəticəsində Türkiyə bundan sonra Suriyadan gələn qaçqınların Avropaya keçidinə mane olmayacaq.

Milli.Az Habertürk-ə istinadən bildirir ki, AKP-nin sözçüsü Ömər Çəlik deyib: "Miqrantlar və qaçqınlarla bağlı siyasətimiz dəyişməyib. Lakin vəziyyət dəyişib, bundan sonra Türkiyə suriyalı qaçqınlara əlavə düşərgələr yaratmaq imkanında deyil".

Suriyanı tərk edərək Avropa Birliyi ölkələrinə yollanmaq istəyən suriyalı miqrantlara Türkiyə bu gündən etibarən maneələr yaratmayacaq.

Türkiyənin Ədirnə vilayətində bir qrup suriyalı miqrant Yunanıstana keçmək üçün sərhədə doğru yollanıblar.

Aydındakı suriyalı miqrantlar isə Çanaqqaladakı Ayvacıq rayonuna, Aralıq dənizinin sahillərinə yönəliblər.

Hazırda Türkiyədə 3,5  milyon suriyalı qaçqın var. Onların 1660581 nəfəri 0-18 yaş arasındadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/829675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR