Pornoqrafik saytdan koronavirus "hədiyyəsi" - Tehranda yaşayanlar pulsuz izləyəcək

ABŞ-da bir pornoqrafik video saytı koronavirusun yayıldığı bölgələrdən sayta daxil olan istifadəçilərə ödənişsiz "premium üzvlük" təklif edib.

Metbuat.az xəbər verir ki, sayt və sosial media hesabından paylaşılan bu məlumatda saytın vitse-prezidentinin imzası yer alıb. Açıqlamada bildirilib ki, İtaliyanın Lombardiya və Veneto, Çinin Vuhan, İranın Tehran, Cənubi Koreyanın Daequ, Kanar adalarında isə Adeje şəhərlərində yaşayan insanlar ödənişli videoları ödəniş etmədən izləyə biləcəklər.

Açıqlamada həmçinin qeyd edilib:

"Cinsi əlaqə insan münasibətlərində önəmli motvasiyadır. Pornoqrafik filmlər insanları evlərində saxlamaqda yardım edə bilər. Əyləncə sektoru bu mövzuda üzərinə düşəni etməlidir".

Mənbə: sondakika.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR