Norveç klubundan Emil Balayevlə bağlı açıqlama - Onu uzun müddətdir ki, izləyirik

Norveç klubundan Emil Balayevlə bağlı açıqlama - Onu uzun müddətdir ki, izləyirik
11:17 28 Fevral 2020
105 İdman
Ölkə mətbuatı
A- A+

"Tobol"dan ayrılan Azərbaycan millisinin qapıçısı Emil Balayev Norveçin "Bude-Qlimt" klubunun düşərgəsindədir.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, klubun qapıçılar üzrə məşqçisi Conas Ueland Kolstad 25 yaşlı qolkiperlə bağlı açıqlama verib:

"Emil Qazaxıstan və Azərbaycanda son illər yüksəlişə nail olub. Azərbaycan millisinin heyətində Avropa çempionatının seçmə mərhələsində çıxış etdi. Onu uzun müddətdir ki, izləyirik və maraqlı olduğunu düşünürük. Ona daha da yaxından baxmaq üçün bura dəvət etdik. Sonda nə baş verəcəyini görəcəyik, o, məşqlərini davam etdirir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/829663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR