x
Loading...

11:32 28 Fevral 2020
11 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı bu ilin mart ayında Vyanada keçiriləcək nazirlər görüşündə OPEC+ sazişinin iştirakçı-ölkələri tərəfindən neft hasilatında əhəmiyyətli dərəcədə azaldılmasını təmin etmək niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” qəzeti cümə axşamı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Ər-Riyad ümumi neft hasilatının gündəlik əlavə 1 milyon barel azaldılması barədə saziş imzalanacağına ümid edir. Bu rəqəmin nazirlər görüşünün keçirilmə şərtləri razılaşdırarkən əvvəlcədən müzakirə olunan rəqəmdən xeyli yüksək olduğu qeyd edilir. Amma azalmanın böyük hissəsini məhz Səudiyyə Ərəbistanı öz üzərinə götürəcək. Plana görə, öhdəliklərin qalan hissəsi Rusiya, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri arasında bölünməlidir.
Fevralın 27-də OPEC-in baş katibi Məhəmməd Barkindo “Bloomberg” agentliyinə müsahibəsində OPEC+ ölkələrinin Vyanada keçiriləcək nazirlər görüşündə neft bazarlarında yeni növ koronavirusun yayılması ilə mürəkkəbləşən vəziyyəti sabitləşdirəcək razılığa gəlmək niyyətlərini təsdiqlədiklərini söyləyib. Baş katib çərşənbə günü Ər-Riyadda keçirilən konfransda Avstriyada ilk koronavirusa yoluxma halının qeydə alınmasına baxmayaraq, OPEC katibliyinin nazirlər görüşünü martdan sonrakı tarixə təxirə salmağı planlaşdırmadığını söyləyib.
OPEC+ ölkələri 2017-ci ildən bəri hasilatı razılaşdırılmış şəkildə idarə edir. 2019-cu ilin iyul ayında onlar neft hasilatını 2018-ci ilin oktyabr ayının səviyyəsi ilə müqayisədə gündəlik 1,2 milyon barel azaltmaq barədə sazişin bu ilin mart ayının sonuna qədər uzadılmasını razılaşdırıb. Gündəlik azalmanın 812 min bareli OPEC ölkələrinin payına düşür. 2019-cu ilin dekabr ayında OPEC+ nazirləri hasilatda gündəlik azalmanın 1,2 milyon bareldən 1,7 milyon barelə qədər artırılması qərarına gəliblər.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/er-riyad-neft-hasilatinin-daha-da-azaldilmasini-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR