x
Loading...

Azərbaycanda səs-küy yaradan filmin İLK KADRLARI YAYILDI - FOTO

Azərbaycanda səs-küy yaradan filmin İLK KADRLARI YAYILDI - FOTO
11:38 28 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, “Pərdə” filmlərinin yaradıcısı Emil Quliyev və “ArtFilmBaku” şirkəti yeni layihəyə start verib.

Publika.az xəbər verir ki, rejissor “Pərdə” trilogiyasının bəlli uğurundan sonra, hər üç filmin aktyor heyətindən ibarət “Mən burda tək olmuşam” adlı yeni filmin çəkilişlərinə başlamağa qərar verib. Dram və psixoloji triller janrında olan ekran işinin çəkilişlərinə artıq başlanılıb. Filmdən ilk görüntüləri aktyor Hikmət Rəhimov instaqramda paylaşıb.

Qeyd edək ki, filmin ssenari müəllifləri Nicat Muxtarov, Nurlan Həsənli və Emil Quliyevdir. Baş rolları Hikmət Rəhimov və Azər Aydəmir canlandıracaq.

Qeyd edək ki, hər iki aktyor “Pərdə” filmlərində tamaşaçının rəğbətini və sevgisini qazanıb. Həmçinin rollarda Fəridə Şahbazlı, Nəsibə Eldarova, Zemfira Əbdülsəmədova və başqa aktyorları görə biləcəksiniz. Filmin çəkilişləri Bakıda və Xaçmaz rayonunda reallaşacaq.

2020-ci ilin fevral ayında çəkilişlərinə start veriləcək filmin Azərbaycan premyerası bu ilin payız fəslinə planlaşdırılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/306334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR