Bakı Limanı koronavirusla bağlı gücləndirilmiş iş rejiminə keçib

Bakı Limanı koronavirusla bağlı gücləndirilmiş iş rejiminə keçib
12:57 28 Fevral 2020
74 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də Qaynar Xətt fəaliyyətə başlayıb.

Bu barədət Milli.Az-a QSC-dən bildiriblər.

Qeyd olunub ki, dünya üzrə koronavirusun yayılması xəbərləri fonunda Bakı Limanı ərazisində mövcud nəzarət buraxılış məntəqələri gücləndirilmiş iş rejiminə keçib.

Limana daxil olan sərnişinlər Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə xüsusi avadanlıqlar vasitəsilə yoxlanılır. Liman və Komitə əməkdaşları müvafiq mühafizə preparatları ilə təmin olunub, sərnişinlərin keçid məntəqələri vaxtı-vaxtında dezinfeksiya olunur. Səhiyyə Nazirliyinin təcili tibbi yardım avtomobilləri ərazidə daim fəaliyyət göstərir.

O cümlədən, qabaqlayıcı tədbirlərin görülməsi və məlumatlandırma məqsədilə +99455 450 78 84 nömrəli qaynar xətt fəaliyyət göstərir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/829701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR