"Rusiya ilə 16 dəfə vuruşmuşuq, yenə vuruşarıq" - Türkiyə prezidentinin müşaviri

"Rusiya ilə 16 dəfə vuruşmuşuq, yenə vuruşarıq" - Türkiyə prezidentinin müşaviri
13:32 28 Fevral 2020
199 Dünya
Ölkə mətbuatı
A- A+

"Suriyanın İdlib vilayətində Türkiyə hərbçilərinin bombardman edilməsi xain zərbədir. Rusiya düşünülməmiş, təhlükəli addımlar atmamalıdır".

Milli.Az A Haber-ə istinadən bildirir ki, məşhur türk alim, beynəlxalq hüquq üzrə mütəxəssis, Türkiyə prezidentinin müşaviri, professor Mesut Hakkı Çaşin Ahaber-in efirində belə deyib.

"Rusiya ilə 16 dəfə vuruşmuşuq, zərurət yaranarsa yenə vuruşarıq. Rusiya təhlükəli addımlar atmamalı, yanlış siyasət yürütməməlidir. Rusiyada 25 milyon müsəlman yaşayır. Amma buna rəğmən Rusiya Suriyada müsəlmanları amansızlıqla qətlə yetirir",  - M.H.Çaşin deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/829774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR