x
Loading...

13:52 28 Fevral 2020
10 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan AZƏRTAC-ın 100 yaşı tamam olur.
Azərbaycan Dövlət İnformasiya Agentliyindən (AZƏRTAC) “Report”a verilən məlumata görə, Azərbaycanın ilk xəbər agentliyi yubileyini yaxın aylarda yeni ofisində qeyd edəcək.
Məlumatda qeyd edilib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısının nəticəsi olaraq AZƏRTAC üçün müasir memarlıq üslubunda inşa edilən binanın tikintisi başa çatıb. Yeni binada ən müasir informasiya-kommunikasiya texnologiyaları quraşdırılacaq, dünya standartlarına uyğun iş şəraiti yaradılacaq.
Azərbaycanın ilk milli informasiya yayımçısı olan AZƏRTAC 1920-ci il martın 1-də fəaliyyətə başlayıb. AZƏRTAC-ın inkişafı və dövlət informasiya agentliyi kimi formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Agentlik hazırda 8 dildə fasiləsiz informasiya yayır, mötəbər xəbər qaynağı kimi qəbul olunur. Xarici ölkələrdə və bölgələrdə geniş müxbir şəbəkəsinə malikdir.
AZƏRTAC bu gün dünya informasiya məkanında layiqli yer tutur, beynəlxalq və regional media qurumlarında fəal təmsil olunur. Bu istiqamətdə səmərəli fəaliyyətin nəticəsi olaraq 2016-cı ildə Prezident İlham Əliyevin himayəsi, birinci xanım Mehriban Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakı Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına ev sahibliyi edib.

Xəbərin orijinal ünvanı: https://report.az/media/azertac-100-illiyini-yeni-ofisde-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR