Maştağada quş kəsimi sexi bağlandı

Maştağada quş kəsimi sexi bağlandı
15:52 28 Fevral 2020
76 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodunun ərazisində fiziki şəxş Bəbirov Taleh Bayram oğluna məxsus quş kəsimi sexində reyd keçirib.
AQTA-dan "Report"a verilən məlumata görə, reyd zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. 
Məlum olub ki, antisanitar şəraitdə fəaliyyət göstərən sexdə sanitar-gigiyenik norma və qaydalara əməl edilmir. Müəssisənin ərazisinə daxil olan quşlar baytarlıq müayinəsindən keçirilmir, kəsimdən sonra daxili orqanların baytarlıq-sanitar müayinəsi, quş ətinin orqanoleptik qiymətləndirilməsi, istehsal və saxlama zamanı quş ətinin sanitar keyfiyyətinə baytar həkim tərəfindən nəzarət aparılmır.
Yoxlama zamanı məhsullardan götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarına təqdim olunub. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.





Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/mastagada-qus-kesimi-sexi-baglandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR