Təcili iclas keçirən NATO-dan ilk Türkiyə

Xəbə verdiyimiz kimi NATO Türkiyənin tələbi ilə təcili iclas keçirib.

Metbuat.az xəbər verir ki, 1,5 saat çəkən iclasdan sonra mediaya açıqlama verən NATO Baş katibi Cens Stoltenberq Türkiyənin çox qiymətli bir müttəfiqləri olduğunu və Türkiyənin yanında olduqlarını deyib:

"Müttəfiqlər Türkiyənin ötən gecə İdlibdə əsgərlərini itirməsi səbəbindən üzüntülüdür. Biz bu hücumu qınayırıq. Bəşər Əsəd idarəçiliyindəki əsgərlər bu hücumu həyata keçirib. Bu hücumların durdurulmasını, beynəlxalq hüquqa əməl edilməsini istəyirik.

2018-ci il tarixli atəşkəs davam edilməlidir. Edilməsə, insani böhran pisləşəcək. Hal-hazırda İdlibdəki insanların vəziyyəti çox pisdir. NATO Türkiyənin yanındadır. Türkiyə milyonlarla miqranta ev sahibliyi edir. NATO Türkiyəyə dəstəyini bir neçə yolla göstərəck. Biri hava müdafiə sahəsində olacaq, bu da Suriyadan gələn hava hücumlarının durdurulmasını təmin edəcək".

Mənbə: Haberler.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR