x
Loading...

Ceki Çan koronavirusa yoluxması barədə xəbərlərə münasibət bildirib

Ceki Çan koronavirusa yoluxması barədə xəbərlərə münasibət bildirib
16:07 28 Fevral 2020
75 Digər
Ölkə mətbuatı
A- A+

Ceki Çan koronavirusa yoluxması ilə bağlı yayılmış məlumatı təkzib edib.
“Report” xəbər verir ki, bu barədə çinli aktyor öz “Facebook” səhifəsində yazıb:
“Hər kəsə qayğıya görə təşəkkür edirəm! Mən sağ-salamatam. Xahiş edirəm, narahat olmayın, karantində deyiləm. Ümid edirəm ki, siz də yaxşısınız”.
Qeyd edək ki, mətbuatda Ceki Çanın koronavirusla əlaqədar karantinə yerləşdirilməsi barədə məlumat yayılmışdı.
Xatırladaq ki, Ceki Çan koronavirusun müalicəsini tapan şəxsə 197 min ABŞ dolları mükafatı söz verib.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/ceki-can-koronavirusla-bagli-xebere-munasibet-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR