Bakıda ürək sızladan qəza: yeni doğulan qız öldü

Bakıda ürək sızladan qəza: yeni doğulan qız öldü
15:26 17 Yanvar 2015
176 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 16-da saat 02 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində faciəvi hadisə baş. verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmöətindən ANS PRESS-ə verilən məlumata görə, Xocavənd rayon sakini Zöhrab Balakişiyevin idarə etdiyi “VAZ-2107”, Şirvan şəhər sakini Anar Əmənovun idarə etdiyi “KamAZ-5320” və Sabirabad rayon sakini Əsgər Hacıyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Z.Balakişiyevin sərnişinlərindən - yeni doğulmuş qızı hadisə yerində ölmüş, digər sərnişinləri - arvadı Aliyə və qayınanası Dilşad Bəhramova xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=320287

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR