Lavrov: “Moskva və Ankara arasında İdliblə bağlı dialoq üçün imkan qalmaqdadır”

Lavrov: “Moskva və Ankara arasında İdliblə bağlı dialoq üçün imkan qalmaqdadır”
16:12 28 Fevral 2020
67 Digər
Ölkə mətbuatı
A- A+

“Moskva türkiyəli hərbçilərin Suriyada həlak olması ilə bağlı Türkiyəyə başsağlığı verib”.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Lüksemburqun Xarici və Avropa İşləri naziri Jan Asselbornla birgə mətbuat konfransında deyib.
O həmçinin bu gün Putinlə Ərdoğan arasında baş tutan telefon danışığı barədə də məlumat verib.
Nazirin sözlərinə görə, Rusiya və Türkiyə İdliblə bağlı koordinasiyanı davam etdirməyə hazırdır.
“Moskva ilə Ankara arasında İdliblə bağlı razılaşmalar tam yerinə yetirilsəydi, Türkiyə hərbçilərinin həlak olması kimi faciələrin qarşısını almaq olardı”, - o deyib.
Nazir Moskva ilə Ankara arasında İdliblə bağlı dialoq üçün imkanın hələ də qaldığını vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/lavrov-moskva-ve-ankara-arasinda-i-dlible-bagli-dialoq-ucun-imkan-qa

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR