Azərbaycanda koronavirusun artması gözlənilmir – RƏSMİ

Azərbaycanda koronavirusun artması gözlənilmir – RƏSMİ
18:23 28 Fevral 2020
Ölkə mətbuatı
A- A+

"Xəstələnmənin artması gözlənilmir. Biz bunu lokollaşdırmağa çalışırıq".

Publika.az-ın xəbərinə görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı mətbuat konfransında deyib.

O bildirib ki, vətəndaşlar sosial şəbəkələrdə yayılan məlumatlara inanmasınlar: "Təəssüf ki, epidemik prosseslər planlarınızdan asılı olmayaraq həyata keçirilir. Vətəndaşlardan xahiş edirik ki, anlayışlı olsunlar. Biz nə qədər çox insanı yoxlayırıqsa, o qədər riskin qarşısını alırıq".

Yeganə Qarayevanın sözlərinə görə, karantinə alınanlar onların virus daşıyıcıları olması demək deyil: "Məqsəd virusun yayılmasının qarşısını almaqdır.

Operativ qərargahın məqsədi tibbi profilaktik tədbirlərdir. Çadırlar insanların eyni yerdə toplanmasının qarşısını almaq üçün quraşdırılıb".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/306390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR