Koronavirusla bağlı "Qaynar xətt" fəaliyyətə başladı

Koronavirusla bağlı "Qaynar xətt" fəaliyyətə başladı
19:03 28 Fevral 2020
Ölkə mətbuatı
A- A+

"15-42 nömrəli "Qaynar xətt"ə səhhətində hər hansı dəyişiklik hiss edən şəxslər müraciət edə bilər. "Qaynar xətt" 24 saat vətəndaşların xidmətindədir".

Publika.az xəbər verir ki, bu fikirləri TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib.

O, sosial şəbəkələrdə Ağdaşda İrandan gələn Azərbaycan vətəndaşının ürəyinin getməsi ilə bağlı yayılan görüntülərin şayiə olduğunu deyib:

"Sosial şəbəkələrdə Ağdaş vətəndaşının koronavirus nəticəsində ürəkgetməsi ilə bağlı məlumatlar yayılıb. Xəstə virus daşıyıcısı deyil. Ağdaş vətəndaşıdır, İrandan gəlib. Gözündə konnektit aşkarlanıb. Koronavirus təhlükəsi yoxdur".

Rəvanə Əliyeva qeyd edib ki, sərhəd keçid məntəqəsində hər vətəndaşı saxlamaq mümkün deyil:

"Əgər onlarda xəstəlik əlaməti yoxdursa, biz onlara məlumat verici vərəqlər veririk. Bu şəxslər 14 gün ərzində evlərində karantin vəziyyətində qalmalıdırlar. Əgər hər hansı xəstəlik əlaməti aşkarlanarsa, şəhər daxilində 103, regionlarda 113 çağrı mərkəzlərinə bildirsinlər".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/306394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR