Baş məşqçi koronavirusa görə komandadan kənarlaşdırıldı

Baş məşqçi koronavirusa görə komandadan kənarlaşdırıldı
19:12 28 Fevral 2020
128 İdman
Ölkə mətbuatı
A- A+

Macarıstanın "Honved" klubu baş məşqçisi Cüzeppe Sanninonu postundan kənarlaşdırıb. 

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, bu barədə Budapeşt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İtaliyalı mütəxəssis koronavirus təhlükəsinə görə müvəqqəti komandadan uzaqlaşdırılıb. Belə ki, Sannino və köməkçilərindən bəzisi bir neçə gün əvvəl İtaliyada səfərdə olub. Son günlərdə bu ölkədə koronavirusun kəskin artmasından narahat olan "Honved" rəhbərliyi isə Macarıstana qayıdan italiyalı məşqçiləri düşərgəyə burxmayıb. Onlar komandanın digər üzlərini mümkün koronavirus təhlükəsindən qorumaq üçün, Sannino və köməkçilərini karantinə alıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/829814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR