"Onlar arvadını başqa kişi ilə tutanda çəkib paylaşırlar?" - Rəqsanə

"Onlar arvadını başqa kişi ilə tutanda çəkib paylaşırlar?" - Rəqsanə
19:17 28 Fevral 2020
250 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə yayılan xəyanət videolarına reaksiya verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi İnstaqramda canlı yayımda kişiləri tənqid edib. O, bir neçə gün əvvəl arvadının xəyanət videosunu yayan kişidən bəhs edib:

"Neçə gün əvvəl bir video gördüm, kişi gedib arvadını yataqda çəkib, qayınana da çubukla döyür. Belə videoları niyə yayırlar? Özümüzü niyə düşmən qarşısında biabır edirik? Görün ermənilərin elə videoları yayılır? Onlar arvadını başqa kişi ilə tutanda çəkib paylaşırlar? Biz niyə edirik?

Kişisən, arvadın o qələti edib, sən niyə onu biabır edirsən? Nə qədər olmasa da, sənin namusundur, balalarının anasıdır. O qadın da bir əsgərin, gələcəyin anasının anasıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/829826.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR