Artroz: “kilidlənmiş” oynaqların açılması

Artroz: “kilidlənmiş” oynaqların açılması
23:37 28 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Oynaq toxumasının degenerasiyası və distrofiyası ilə xarakterizə olunan artrozun səbəbləri əsasən artıq çəki, oynaqların yüklənməsi, allergik reaksiyalar, travma və infeksiyalardır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xəstəliyin gedişi və formasından asılı olaraq ən xırda oynaqlardan tutmuş fəqərəarası disklərə qədər zədələnmə baş verə bilər. Lakin artroz əsasən iri oynaqları¬ - bud-çanaq, diz və topuq oynaqlarını əhatə edir.

Xəstələr axşam saatlarında güclənən və dincələndə sakitləşən ağrıdan, hərarətin 37-37,5 dərəcəyədək yüksəlməsindən şikayətlənirlər. Sonrakı mərhələdə oynaqlarda çox kəskin ağrılar yaranır, hərəkət tam məhdudlaşır və oynaqlar sanki "kilidlənir."

1 xörək qaşığı qara qarağat yarpaqları 500 ml qaynar suda 2-3 saat dəmlənir, dəmləmə iki-üçqat tənzifdən süzülərək gündə 3-4 dəfə 1 çay qaşığı ilıq şəkildə qəbul edilir.

1 xörək qaşığı mərcangilə yarpaqları xırdalanır, üzərinə 1 stəkan qaynar su əlavə olunaraq vam ocaqda qaynadılır və 17-20 dəqiqə soyudulur. Bişirmə soyuyandan sonra süzülür və gün ərzində kiçik qurtumlarla içilir.

1 çay qaşığı zəncirotu və kökləri xırdalanıb qarışdırılır, üzərinə 1 stəkan qaynar su əlavə edilir, vam ocaqda 10-15 dəqiqə qaynadılır, soyuyandan sonra iki-üçqat tənzifdən süzülür, 5-7 gün müddətində gündə 4-5 dəfə 1 çay qaşığı içilir.

2 xörək qaşığı quru və xırdalanmış ayrıqotu kökümsovlarının üzərinə 625 ml qaynar su əlavə olunur, vam ocaqda qaynama dərəcəsinə çatdırılır, bişirmənin dörddəbir hissəsi buxarlanana qədər qaynadılır, soyudulur və süzülür. Gün ərzində 2-3 dəfə 2 xörək qaşığı qəbul edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/828685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR