"Beşiktaş"dan qələbə

Türkiyə Superliqasında 24-cü tura start verilib.

Metbuat.az xəbər verir ki, turun açılış oyununda "Beşiktaş" səfərdə "Alanyaspor"la qarşılaşıb. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Alanyaspor" - "Beşiktaş" - 1:2
Qollar
: Fernandes, 37 (1:0), Burak Yılmaz, 70 (1:1), 87-pen (1:2)

Bu qələbə ilə xalını 40-a yüksəldən "Beşiktaş" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb, "Alanyaspor" isə 39 xalla 6-cıdır. Turnir cədvəlinə 46 xalla "Başakşəhər" başçılıq edir. "Trabzonspor", "Qalarasaray və "Sivasspor" 45 xalla 2-4-cü pillələri bölüşdürürlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR