Azərbaycanda xəstəxanada xəstənin 2 min manatını oğurladılar

Ağstafa Rayon Mərkəzi Xəstəxanasında oğurluq olub.

Metbuat.az xəbər verir ki, xəstəxanada müalicə olunan R.İsmayılovun 2 min manat pulu və qızıl üzüyü ogurlanıb.

Polisin araşdırması nəticəsində hadisəni törətməkdə şübhəli biinən N.Əsədullayev saxlanılıb. Həmin şəxs R.İsmayılovla eyni palatada müalicə olunurmuş.

Fakt üzrə araşdırmalar davam etdirilir.(Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR