"Hücuma qarşılıq vermək məsələsində Türkiyəyə dəstəyimiz tamdır" -

"ABŞ dünən Türk birliklərinə edilən hücumu ən güclü şəkildə qınamaqdadır. Bu hücumlar tamamilə qanunsuzdur, mənasız və vəhşicəsinədir".

Metbuat.az xəbər verir ki, bu sözləri ABŞ-ın BMT təmsilçisi Kelli Kraft BMT Təhlükəsizlik Şurasında İdlibi müzakirə etmək üçün təşkil edilən iclasda deyib. Hücumda şəhid olan əsgərlərin ailələrinə başsağlığı verən Kraft həmçinin qeyd edib:

"Bu günlərdə ABŞ NATO müttəfiqi Türkiyəyə bağlılığını davam etdirməkdə tərəddüd etməyəcək. Nəzarət nöqtələrinə edilən və əsgərlərin ölümü ilə nəticələnən qanunsuz hücuma qarşılıq vermək məsələsində Türkiyəyə dəstəyimiz tamdır".

Mənbə: "ntv.com.tr"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR