Metroda mahnı oxudu, həyatı dəyişdi - FOTO

Metroda mahnı oxudu, həyatı dəyişdi - FOTO
11:42 29 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Metroda dostları ilə görüşməyə gedən gənc qadın təsadüfən iştirak etdiyi proqrama görə məşhurlaşıb, həyatı dəyişib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, hadisə Londonda baş verib.

"YouTube"da yayımlanan proqrama əsasən, sakinlərə qəfil mikrofon uzadılır və ifa edilən mahnının sona çatdırılması istənilir. Şarlotta Avberi mikrofonun ona uzadılması ilə Ledi Qaqanın məşhur "Shallow" mahnısını oxuyub. Çəkilmiş video sosial mediada paylaşıldıqdan sonra bir anda yayılıb, 60 milyon istifadəçi tərəfindən izlənilib.

Bununla əlaqədar olaraq Şarlotta məşhur aparıcı Elen Degenerisin təqdimatında "The Ellen Show" verilişinə dəvət olunub. Gənc qadın həyatı barədə danışarkən məlum olub ki, 15 ildir restoran və toylarda mahnı ifa edir.

Artıq ona albom çıxarmaq barədə təkliflər gəlib.

Videodan sonra Şarlotta Avberinin "İnstagram"da izləyicilərinin sayı da 600 minə çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/829951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR