Koronavirusdan SAĞALMAQ MÜMKÜNDÜR - VİDEO

Koronavirusdan SAĞALMAQ MÜMKÜNDÜR - VİDEO
12:03 29 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Koronavirusun əsas təhükəsi pnevmaniyanı sürətli inkişaf etdirməsidir.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, qızdırma ilə başlayan xəstəlik quru öskürəklə müşayiət olunur, getdikcə insanda təngənəfəslik yaradır. Koronavirus adi qripə bənzəsə də, adi qrip virusunun ilk əlamətləri özünü 2-3 gün sonra büruzə verir, koronavirusda isə xəstəliyin əlamətləri 2 həftə sonra özünü göstərir.

İstənilən yaş kateqoriyasına aid olan və immuniteti zəif olan hər bir şəxs risk qurpuna daxildir. Virusa yoluxan insanın asqırması və öskürməsi zamanı ətrafa damcılar yayılır. Eyni zamanda, istənilən çirkli səthə toxunduqda xəstəliyə yoluxmaq mümkündür.

Koronavirusa qarşı xüsusi antivirus preparatı hazırda mövcud olmasa da, ondan sağalmaq mümkündür.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/306445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR