Türkiyə rejimin 20 döyüşçüsünü belə məhv etdi -

İdlibdə Curin hərbi bazasında “Wagner” və “Pələng” (Kaplan) xüsusi təyinatlı qüvvələrinin 20-dek kimi canlı qüvvəsi, hərbi texnikası, silah-sursatı məhv edilib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Türk Silahlı Qüvvələri (TSK) Əsəd rejiminə məxsus vacib hərbi bazalardan biri olan Suriyanın Hama bölgəsinin cənubundakı Curin hərbi bazasını darmadağın edib.

Qeyd edilən bazada Əsəd rejiminə bağlı çoxsaylı hərbçilər və herbi texnika, silah-sursat yerləşir. Bu bazada həmçinin ruslara məxsus özəl “Wagner” qrupunun, o cümlədən Rusiyanın dəstəklədiyi “Pələng” (Kaplan) qrupunun döyüşçüləri məskunlaşıb.

Curin hərbi bazasına endirilən zərbələr zamanı “Wagner” və “Pələng” qrupunun döyüşçüləri də olub. 20-dək “Wagner” və “Pələng” qrupunun öldürüldüyü bildirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR