Tovuzda avtomobil qaçıran şəxs saxlanıldı

Tovuzda avtomobil qaçıran şəxs saxlanıldı
12:27 29 Fevral 2020
79 Digər
Ölkə mətbuatı
A- A+

Gədəbəy rayon sakininin avtomobili qaçırılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, fevralın 28-də Tovuz rayonunun Ceyrançöl adlanan ərazisindən Gədəbəy rayon sakini A.Məmmədova məxsus “VAZ-21015” markalı avtomobilin qaçırılması barədə Tovuz Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.
Tovuz və Şəmkir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini R.Veyisov saxlanılıb.
Araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-avtomobil-qaciran-sexs-saxlanildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR