Beyləqanda avtomobil piyadanı vuraraq öldürdü

Beyləqanda avtomobil piyadanı vuraraq öldürdü
12:32 29 Fevral 2020
80 Digər
Ölkə mətbuatı
A- A+

Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, fevralın 28-i saat 22 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakini T.Əzizli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Eyvazalılar kənd sakini Vüsal Səfiyarovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. 
Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/beyleqanda-avtomobil-piyadani-vuraraq-oldurdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR