Bakıda küçə itləri yaşayış binasına çıxdı -

Bakıda sahibsiz küçə itləri yaşayış binasının 7-ci mərtəbəsinə çıxıb.

Metbuat.az xəbər verir ki, oxucuların “Report”a göndərdiyi görüntülər paytaxtın Suraxanı rayonu ərazisində yerləşən binada qeydə alınıb.

Həmin binada yaşayan sakinlər işdən qayıdan zaman binanın 7-ci mərbəsində küçə iti ilə qarşılaşıblar. Onlar nə qədər cəhd etsə də, iti blokdan çıxara bilməyib.

Sakinlər binanın ətrafında çoxlu sayda sahibsiz küçə itlərinin olduğunu deyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR