İranda koronavirusa yoluxan deputatların sayı 5-ə çatıb

İranda koronavirusa yoluxan deputatların sayı 5-ə çatıb
14:37 29 Fevral 2020
71 Digər
Ölkə mətbuatı
A- A+

İranda 5 deputata koronavirus diaqnozu qoyulub.
“Report” İran KİV-nə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sözçüsü Əsədullah Abbasi bildirib.
Onun sözlərinə göeə, 100 millət vəkilinə koronavirus testi edilib. 
Analizin nəticəsində 5 deputatın koronavirusa yoluxduğu məlum olub.
Qeyd edək ki, İranda rəsmi məlumatlara görə, koronavirusdan ölənlərin sayı 43 nəfərdir. Bundan əlavə, 593 yoluxma halı qeydə alınıb.
Eyni zamanda İranda səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və deputatlar - Mahmud Sadiqi və Müctəba Zünnur koronavirus daşıyıcısıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-randa-koronavirusa-yoluxan-deputatlarin-sayi-5-e-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR