Ərdoğan: Türkiyə suriyalı qaçqınlar üçün Aİ sərhədlərini bağlamaq niyyətində deyil

Türkiyə suriyalı qaçqınlar üçün Avropa İttifaqı sərhədlərini bağlamaq niyyətində deyil.

Metbuat.az xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə bir neçə gün əvvəl sərhədləri açdıqdan bəri 20 minədək suriyalı qaçqın Avropa sərhədini keçib.

Qeyd edək ki, Türkiyə hökuməti Avropaya dəniz və quru yolu ilə keçmək istəyən qaçqınların qarşısının alınmayacağını demişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR