Bu ilin yanvar ayında Azərbaycanda tibbi sığorta üzrə 51,808 milyon manat sığorta haqqı toplanılıb.
Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,6% çoxdur.
Son 1 ildə tibbi sığorta üzrə ödənişlər isə 2,8 dəfə artaraq 5,712 milyon manata çatıb.
Beləliklə, ötən ay tibbi sığortadan toplanmış hər 100 manatın 11 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 4,5 manat olub.