Dövlət Miqrasiya Xidmətində 2014-cü ilin yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib

Dövlət Miqrasiya Xidmətində 2014-cü ilin yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib
15:32 17 Yanvar 2015
126 Digər
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 15:30 ]


Bakı. Hafiz Heydərov - APA. Yanvarın 17-də Dövlət Miqrasiya Xidmətində (DMX) 2014-cü ilin yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib. 

 

DMX-dən APA-ya veriolən məlumatda qeyd olunur ki, müşavirədə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. Qeyd edib ki, əcnəbilər üçün cəlbedici ölkəyə çevrilən Azərbaycan son illər miqrasiya baxımından mənşə ölkədən tranzit və təyinat ölkəyə çevrilib. Ötən il respublikamızın sərhəd buraxılış məntəqələrində 2 269 015 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə girişinin qeydə alınıb. Ölkədə qalma müddətinə müvafiq olaraq onlardan 823 620 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb.

 

F.Nəbiyev həmçinin qeyd edib ki, hesabat dövründə xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 91 003 şəxs tərəfindən müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Belə ki, müraciətləri əsasında 51 366 əcnəbi və vətəndaşlığı olmayan şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycanda müvəqqəti və 1 859 nəfərə daimi yaşama icazələri verilib, 755 şəxsin müvəqqəti olma müddəti uzadılıb.

Ötən il 37 608 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən ölkə ərazisində olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl edilməməsi, habelə etibarsız sənədlərlə yaşama hallarına görə inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub. Əsas olduğu üçün onlardan 3 306 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 27 683  nəfərin ölkə ərazisini tərk etmələri ilə bağlı qərar verilib  və 6 431 nəfər isə inzibati qaydada ölkə ərazisindən çıxarılıb.

 

Dövlət Miqrasiya Xidməti tərəfindən hesabat dövründə 12 000 əcnəbiyə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilib. Əcnəbi işçi qüvvəsindən istifadəni tənzimləyən qaydalara riayət edilməsinə dövlət nəzarətini həyata keçirən bir orqan kimi sahibkarlıq subyektlərində 257 yoxlama aparılıb, 164-də inzibati pozuntu aşkarlanıb və qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqları üçün 2 543 əcnəbinin ölkə ərazisindən kənara çıxarılması təmin edilib.

 

Müşavirədə müzakirə edilən məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR