Gədəbəydə ər-arvad yol qəzasının qurbanı oldu

Gədəbəydə ər-arvad yol qəzasının qurbanı oldu
18:52 29 Fevral 2020
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Gədəbəy rayonunun Düzyurd kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, fevralın 28-də saat 11 radələrində Gədəbəy rayonunun Düzyurd kəndi ərazisində rayon sakini Ruslan Hüseynovun idarə etdiyi "VAZ-21011" və Gədəbəy şəhər sakini M.Tağıyevin idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobillər toqquşub.

Nəticədə R.Hüseynov, arvadı Nüşabə və digər 2 sərnişini, habelə digər sürücü xəsarətlə xəstəxanaya yerləşdirilmiş, R.Hüseynov və N.Hüseynova orada ölüblər.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/830080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR