Donald Tramp “Taliban” hərəkatı ilə saziş imzalanmasından sonra bəyanat yayıb.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti əsgərlərini geri qaytarmaq istədiklərini bildirib:
"Biz, nəhayət Amerikanın ən uzun müddətli müharibəsinə son qoymaq və qoşunlarımızı evə qaytarmaq üzərində işləyirik".
Qeyd edək ki, bu gün ABŞ və "Taliban" Qətərdə sülh razılaşması imzalayıb.