00:47 1 Mart 2020
10 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un YPX əməkdaşlarından əldə etdiyi məlumata görə, hadisə ötən gün saat təxminən 23:50 radələrində Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, həmin ərazidə yolu keçən Nəsibov Kamran Şamməd oğlunu naməlum avtomobil vurub. Hadisəni törədən sürücü ərazidən qaçıb.
Yaralı “99-YP-397” dövlət seriya nişanlı avtomobildə xidmət aparan müfəttişlər - YPX əməkdaşları: Tahirov Musa Üzeyir oğluSəfərli Xalid Arif oğlunun köməkliyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hazırda polis hadisəni törədən sürücünü axtarır.
Ramin Şahbazov 






Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-yarali-piyadani-xestexanaya-ypx-emekdaslari-catdirdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR