05:17 1 Mart 2020
12 Digər
Ölkə mətbuatı
A- A+

Çində koronavirusdan ölənlərin sayı artıb.
Bu barədə "Report" Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.  
Məlumata görə, ölkədə 2 870 nəfər yeni növ virusun qurbanı olub, 41,8 mindən çox insan sağalıb. Qeyd edilir ki, koronavirusa yoluxanların sayı 79,8 min nəfəri ötüb. 
Virusa yoluxanların sayına görə birinci yerdə Xubey əyaləti qərarlaşıb. Burada virusa yoluxanların sayı 66,9 min nəfərdir. Onlardan 2 761 nəfər ölüb. Qeyd edilir ki, 31,2 min nəfər sağalaraq evə buraxılıb. 
Komitə daha əvvəl ölkə ərazisində 2 835 nəfərin virusdan öldüyünü, 79,2 mindən çox insanın xəstəliyə yoluxduğunu, 39 min nəfərin sağaldığını xəbər verib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cinde-koronavirusdan-olenlerin-sayi-2-9-min-nefere-catir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR