Əsədə verilən vaxt bitdi —

Bu gecə 00:00-dan başlayaraq İdlibdə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) əməliyyatlar yenidən başlayıb.

Metbuat.az xəbər verir ki, Türkiyə Əsəd-ə verdiyi vaxtın bitməsindən sonra bu addımı atıb.

Türkiyə PUA-lar (Pilotsuz Uçuş Aparatı) vasitəsilə bir çox rejim hədəfini vurub. TSQ Əsəd rejiminin qalası Lazkiyədəki bəzi hədəflərə də haubitsalarla hücum edib.

Bundan başqa vurulan hədəflər arasında rejim, Rusiya və YPG-nin birgə hərəkət etdiyi Tel Rifat, Minnag hərbi hava bazası, Neyrab hava bazası, Maaretunnuman, Vadi el Deyf, Tel Merdih və Mar Debse də var.

Əməliyyatlar zamanı çox sayda tan və təyyarənin məhv edildiyi bildirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR