İranda olmuş əcnəbilərin ABŞ-a girişinə qadağa qoyuldu

İranda olmuş əcnəbilərin ABŞ-a girişinə qadağa qoyuldu
11:27 1 Mart 2020
188 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ son 14 gün ərzində İranda olmuş əcnəbilərin ölkəyə girişinə qadağa qoyub.

Milli.Az bildirir ki, APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib.

Pens həmçinin ABŞ vətəndaşlarına koronavirusun daha çox yoluxduğu yerlərə - İtaliya və Cənubi Koreyaya getməməyə çağırış edib.

ABŞ-da virusa yoluxmanın aşağı səviyyədə olduğunu deyən vitse-prezident əlavə edib ki, prezident Tramp ABŞ-a gələn vətəndaşların ciddi yoxlanılmasını təmin etmək məqsədilə Dövlət Departamentinə İtaliya və Cənubi Koreyadakı müttəfiqlərlə işləməyi tapşırıb.

Xatırladaq ki, Ağ Ev rəhbəri şənbə günü ABŞ-da 1 qadının koronavirusa yoluxduqdan sonra öldüyünü və 4 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/830165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR