Quba-Bakı yolunda yük maşını qəzaya uğradı

Quba-Bakı yolunda yük maşını qəzaya uğradı
12:07 1 Mart 2020
96 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Quba - Bakı magistral yolunda yük avtomobilinin sürücüsü idarəetməni itirərək qəza törədib.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Qaraçay kəndi ərazisində qeydə alınıb.
Belə ki, “60-AC-367” dövlət qeydiyyat nişanlı yük avtomobili hərəkətdə olarkən nəqliyyat vasitəsinin təkəri partlayıb.
Nəticədə, kənd təsərrüfatı gübrələri ilə yüklənmiş avtomobil yol kənarındakı maneəyə çırpılıb.
Hadisə nəticəsində sürücü xəsarət almasa da, avtomobilə və yükə ciddi ziyan dəyib. 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/quba-baki-yolunda-yuk-masini-qezaya-ugradi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR