Etirazlara görə 3 saat restoranda bağlı qaldılar - FOTO

Etirazlara görə 3 saat restoranda bağlı qaldılar - FOTO
12:12 1 Mart 2020
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə "Sezar" mükafatları çərçivəsində keçirilən "Zabit və cəsus" filminin premyerası keçirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işinin 86 yaşlı rejissoru Roman Polanski lentə aldığı filmə görə 3 nominasiya üzrə mükafata layiq görülüb.

Adı zorakılıqda halannan rejissora "Sezar" mükafatının verilməsinə görə Paris küçələrində etirazlar başlayıb.

Etirazların keçirildiyi anda model bacılar Cici və Bella Hadid anası Yolanda ilə birlikdə şəhərdəki restoranların birində olublar. Fransa polisi iğtişaşları yatırana qədər modellər müəssədə 3 saat bağlı vəziyyətdə saxlanılıblar.

Qeyd edək ki, 1977-ci ildə Roman Polanski 13 yaşlı fotomodel Samanta Qamerin zorlanmasında ittiham olunmuşdu. Günahını boynuna alan rejissor 42 gün həbs cəzası almışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/830173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR