Tacikistanda parlament seçkiləri baş tutub

Tacikistanda parlament seçkiləri baş tutub
16:12 1 Mart 2020
79 Digər
Ölkə mətbuatı
A- A+

Tacikistan parlamentinin aşağı palatası - Məclisi Aliyə keçirilən seçkilərdə 71,1 faiz seçici səsvermədə iştirak etdiyi üçün seçkilər baş tutmuş hesab edilib.
“Report”un məlumatına görə, bunu Mərkəzi Komissiyanın sədri Baxtiyer Xudoyerzoda deyib.
O qeyd edib ki, saat 15.00-ə (Bakı vaxtılə - 14:00) olan məlumata görə, seçkilərdə 3 milyon 734 min 962 seçici səs verib.
Tacikistan qanunlarına görə seçicilərin 50 faizdən çoxu səs verdikdə seçkilər baş tutmuş hesab edilir.
Seçkilərin ilkin nəticələri 24 saat ərzində elan olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tacikistanda-parlament-seckileri-bas-tutub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR