Suriyanın İdlib vilayətində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus iki hərbi təyyarə vurulub.
“Report”un xəbərinə görə, bu barədə “SANA” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, hərbi təyyarələr Türkiyə ordusu tərəfindən vurulub.
Xatırladaq ki, Türkiyə Suriyanın İdlib vilayətində 27 fevral tarixindən “Bahar qalxanı” əməliyyatına başlayıb.