x
Loading...

Bill Geytsdən xəbərdarlıq: “Koronavirus ölümcül pandemiyaya çevrilə bilər”

Bill Geytsdən xəbərdarlıq: “Koronavirus ölümcül pandemiyaya çevrilə bilər”
16:47 1 Mart 2020
229 Dünya
Ölkə mətbuatı
A- A+

"Microsoft" şirkətinin keçmiş təsisçisi və rəhbəri Bill Geyts COVİD-19 virusunun bütün dünyanı sarsıdacaq ölümcül pandemiyaya çevrilmə təhlükəsi barədə yazıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, amerikalı milyarder bu barədə özünün "New England Journal of Medicine" jurnalındakı məqaləsində bəhs edib. Bill Geyts yeni infeksiyanın yayılma sürətini 1918-ci ildə 50 milyon insanın həyatına bais olan "ispan qripi" ilə müqayisə edib.

"Microsoft"un təsisçisi koronavirusun iki səbəbdən dolayı böyük təhlükə yaratdığını bildirib. Bunlardan birincisi infeksiyanın yalnız əvvəllər sağlıqları ilə bağlı problemləri olan yaşlıları deyil, həmçinin tam sağlam insanları öldürməsidir. Gələn məlumatlar bu virusla yoluxanlar arasında 1%-lik ölüm göstəricisinin olduğunu nümayiş etdirir. Bu isə tipik mövsümi qriplə müqayisədə xeyli artıqdır. COVİD-19 bu göstəricilərə görə, yalnız "ispan qripi"ndən (2%) geri qalır.

Geytsin sözlərinə görə, ikinci səbəb yeni koronavirusun insandan-insana nəfəs yolu ilə, habelə adi əl sıxıb görüşməklə keçməsi ilə bağldır. Bu isə virusun qarşısının alınmasını vaxtilə SARS adı verilən kəskin respirator sindromda olduğundan daha çətin edir. "Virus eksponensial (partlayış həddində-red.) böyümə ilə yayılır. Üstəlik insanlar bir müddət onun daşıyıcısı olduğunu bilmirlər",-deyə Bill Geyts yazıb.

Milyarder iş adamı koronavirusun pandemiyaya çevrilməməsi və yeni vaksinin hazırlanması üçün dünya hökumətlərini, habelə biznes cəmiyyətləri milyardlarla dollar vəsait ayrımağa çağırıb. 

"Artıq iyun ayından bu zərdablar insanlar üzərində sınanmağa başlanmalıldır. Üstəlik onları olduqca cüzi qiymətə əhali arasında paylamaq lazımdır", - B.Geyts qeyd edib.

Xatırladaq ki, bu ilin fevral ayının əvvllərində Bill və Melinda Geyts cütlüyün xeyriyyə fondu (Bill & Melinda Gates Foundation) koronavirusun yayılmasının qarşısının alınmasına görə 100 milyon dollar pul ayırdığını bəyan edib. Fond ayrıca yeni infeksiyanın Çin və Afrika ölklərində önlənməsi məqsədilə 10 milyon dollar pul bağışlayıb. Bunda başqa Geytslər "koronavirus daşıyan insanların aşkar edilməsi, təcrid olunması və müalicəsi" işinə görə əlavə 20 milyon dollar vəsait ayırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/830222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR