"Qəbələ" "Zirə" üzərində əzmkar qələbə qazandı

"Qəbələ" "Zirə" üzərində əzmkar qələbə qazandı
17:07 1 Mart 2020
85 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib. 
"Report"un məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda "Zirə" və "Qəbələ" komandaları üz-üzə gəlib. Baş hakim Orxan Məmmədovun idarə etdiyi görüş "qırmızı-qaralar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 
Hesabı 21-ci dəqiqədə meydan sahiblərindən İlkin Muradov açıb. 80-ci dəqiqədə qonaq komandadan Fernan Lopes, 87-ci dəqiqədə isə Rövlan Muradov fərqlənib. 
Beləliklə, 4 oyunluq məğlubiyyət seriyasına son qoyan "Qəbələ" xallarını 16-ya çatdırıb. Əyalət komandası yenə 8-ci yerdə qalıb. Ardıcıl 4-cü dəfə uduzan "Zirə" isə 20 xalla 6-cı pillədə qərarlaşıb. 
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Keşlə" ilə  2:2, "Qarabağ" "Sabah"la 0:0 hesablı heç-heçə edib. Tura saat 17:00-da başlanacaq "Neftçi" - "Səbail" matçı ilə yekun vurulacaq.  


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-den-ezmkar-qelebe

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR