İranın ali dini lideri Ayətullah Əli Xamneyinin nəvəsi koronavirusa yaxalanıb.
Metbuat.az xəbər verir ki, bu barədə ərəb KİV-ləri məlumat yayıb.
Rəsmi Tehran isə xəbərlə bağlı hələlik açıqlama verməyib.
Qeyd edək ki, İranda bu günə qədər 593 nəfər koronavirusa yaxalanıb. Onlardan 43 nəfər ölüb.